Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası palatanın əməkdaşları üçün fərdi və qrup şəklində təlimlərin keçirilməsi xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası palatanın əməkdaşları üçün fərdi və qrup şəklində təlimlərin keçirilməsi xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Təlim xidmətlərinin göstərilməsinin ümumi müddəti 6 (altı) ay olmaqla kotirovka sorğusuna aid şərtlər toplusunda göstərilən cədvələ uyğun Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları üçün yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 27 nömrəli ünvandan, Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasından əldə edə bilərlər (əlaqələndirici şəxs-Ələmqulu Quliyev, Alamgulu [email protected] , telefon- (+99412) 493-50-58/346; Faks- +99412 498-12-14). İddiaçılar imzalanıb möhürlənmiş kotirovka təkliflərini ikiqat zərfdə (əlavə olaraq qiymət cədvəli və şərtlər toplusunda göstərilən sənədlər). 14 avqust 2019-cu il saat 17.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. 
Təklif zərfləri Maliyyə Bazarlarına Nəzarət Palatası inzibati binasının 3-cü mərtəbəsində 15 avqust 2019-cu il saat 11.00-da açılacaqdır. Kotirovka sorğusunda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bütün meyarlara cavab verən iştirakçılardan ən aşağı qiymət təqdim etmiş malgöndərən qalib hesab olunacaqdır. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. 

3 2019 12:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə