Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 2019-cu ilin II yarımilliyində “Mercedes-Benz Vito”və “Mercedes-Benz Sprinter” markalı avtomobillərin ehtiyat hissələrinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 2019-cu ilin II yarımilliyində “Mercedes-Benz Vito”və “Mercedes-Benz Sprinter” markalı avtomobillərin ehtiyat hissələrinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot- 1. “Mercedes-Benz Vito”və “Mercedes-Benz Sprinter” avtomaşınları üçün ehtiyat hissələrinin satın alınması.
 Tender iştirakçılarına təklif olunur ki, https://www.etender.gov.az/- Dövlət satınaımalarının Vahid İnternet Portalına Asan Login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər.
 İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
 Üstünlük veriləcək meyarlar- ən sərfəli qiymət, yüksək keyfiyyət (orijinal ehtiyat hissələri), bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların cədvələ uyğun təhvili.
 Potensial imkanları olan iddiaçılar aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
 İştirak haqqı 100 manatdır. 
 DXA
Kod- 210005
VÖEN -1401555071
M/h -AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
Hh- AZ97CTRE00000000000002128301
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
VÖEN -1700293201
Büdcə təsnifatı kodu- 0514
Büdcə səviyyəsi kodu- 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 Tenderdə iştirak istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı,yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanıb möhürlənmiş olmalıdır);
-iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);
- bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır. 
-Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
-müqavilənin yerinə yetirilməsi təminatı -2 faiz (iddiaçının təklifi 100000 ABŞ dolları manat ekvivalentindən çox olarsa);
-müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları.
Tenderdə iştirak etmək istəyən iddiaçılar ixtisas göstəricilərinə aid yuxarıda göstərilən sənədləri 30 avqust 2019-cu il saat 17.00-dək, tender təklifi ilə bank təminatını isə 9 sentyabr 2019-cu il saat 14.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 10 sentyabr 2019-cu il saat 14.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.

 

Tender komissiyası

3 2019 12:25 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə