Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2019-cu il oktyabrın 8-dən 10-dək Pakistan İslam Respublikasının Karaçi şəhərində keçiriləcək turizm sərgisində agentlik üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2019-cu il oktyabrın 8-dən 10-dək Pakistan İslam Respublikasının Karaçi şəhərində keçiriləcək turizm  sərgisində agentlik üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması məqsədilə  AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə sərgi stendinin quraşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilər.
Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat və ya Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq (www.cbar.az) 200 (iki yüz) manatın ödəniş gününə ABŞ dolları ilə ekvivalentini tenderdə iştirak haqqı kimi aşağıda göstərilən bank hesabına köçürdükdən və bunu təsdiq edən sənədi təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədən (Dövlət Turizm Agentliyindən, telefon- +994125058704 (əlavə 2303); faks- +994124920592), e-mail- [email protected]) ala bilərlər:
AZN hesabı
Emitent
Bankın adı – Dövlət Xəzinədarlığı Agentliyi
Bankın kodu – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ01360100000000003944
SWIFT – CTREAZ22
Alan – Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
VÖEN – 1404365471 
H/h – AZ53CTRE00000000000008498501
Büdcə səviyyəsinin kodu -7
Büdcə təsnifatının kodu -142340
USD hesabı
Alan- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə
VÖEN- 1404365471
Dollar hesabı- AZ24PAHA38160USDHC0100090832
“PASHA Bank” JSC 
Kod- 505141 
Bankın VÖENi- 1700767721 
S.W.I.F.T- PAHAAZ22 
M/h- AZ82NABZ01350100000000071944
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
 İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
 İddiaçılar tender təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
 Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 6 sentyabr 2019-cu il saat 17.00-dək, tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 16 sentyabr 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbəyə (əlaqələndirici şəxs – Mehman Bayramova) təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
 İddiaçıların tender təklifləri 17 sentyabr 2019-cu il saat 12.00-da Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədə açılacaqdır.
 Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir. 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir.

 

Tender komissiyası

3 2019 12:25 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə