Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 342 Bakı şəhəri, 2 avqust 2019-cu il 
 
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2001-ci il 2  avqust tarixli 132 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının   Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, №7, maddələr 737, 738; 2008, 
№ 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, 
№ 10, maddə 848; 2010, № 6, maddə 566, 
№ 7, maddə 704, № 8, maddə 760; 2012, 
№ 3, maddə 264, № 6, maddə 636; 2013, 
№ 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213; 2014, № 1, maddə 57, № 5, maddə 586, № 7, maddə 911; 2015, № 4, maddələr 460, 480, № 7, maddələr 887, 900, № 10, maddə 1216; 2016, № 5, maddə 956; 2018, № 5, maddə 1123, № 10, maddə 2144; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 iyun tarixli 262 nömrəli Qərarı) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə aşağıdakı məzmunda 3166-1-ci və 3166-2-ci bəndlər əlavə edilsin:
“3166 -1. İbadət evi, S.Rüstəm küçəsi, 10, 1913-cü il;
3166-2. Məscid, R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsi”.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birlikdə bu Oərardan irəli gələn məsələləri həll etsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə