Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX rəis müavini yaralı hərbi qulluqçumuzu ziyarət edib

DSX rəis müavini  yaralı hərbi qulluqçumuzu  ziyarət edib

Bu il iyulun 31-də  Azərbaycan-Ermənistan dövlət sər­hə­din­də təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı Ermənistan tərə­finin təxribatının qarşısının alınması zamanı yaralanmış hərbi qul­luqçu üzərində avqust ayının 1-də aparıl­mış cərrahiyyə əmə­liy­yatı uğurla başa çat­ıb. Hal-hazırda vəziyyəti qənaətbəxşdir. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib

Dövlət Sərhəd Xidməti rəisinin müavini–Sərhəd Qoşunla­rının Ko­mandanı general-leytenant Əsgər Xəlilov hərbi qul­luqçuya baş çək­miş, cər­rahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə ya­xından tanış olub.

General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun vali­deyn­­ləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətən­pərvərlik və  düş­mə­nə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəh­bərliyi adından təşəkkürünü bildirib. O, hərbi qulluqçunun ailəsinə   oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görülə­cəyini vurğulayıb.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

 

 

 

 

2 2019 15:32 -
16 Avqust 2019 | 11:52
Kreditlə Neymar transferi

Köhnə versiyamızdan xəbərləri izlə