• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası “İçərişəhər”, Böyük Qala küçəsi 19 nömrəli ünvanda yerləşən qeyri-yaşayış binasının, Qüllə küçəsi 12 nömrəli ünvanda XV əsrin Buxara karvansarayı binasının və Qüllə küçəsi 11 nömrəli ünvanda XIV əsrin Multani karvansarayı binasının bərpa-layihə sənədlərinin hazırlanması işlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası “İçərişəhər”, Böyük Qala küçəsi 19 nömrəli ünvanda yerləşən qeyri-yaşayış binasının, Qüllə küçəsi 12 nömrəli ünvanda XV əsrin Buxara karvansarayı binasının və Qüllə küçəsi 11 nömrəli ünvanda XIV əsrin Multani karvansarayı binasının bərpa-layihə sənədlərinin hazırlanması işlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender 3 (üç) lot üzrə keçiriləcəkdir.
Lot-1. “İçərişəhər”, Böyük Qala küçəsi 19 nömrəli ünvanda yerləşən qeyri-yaşayış binasının bərpa - layihə sənədlərinin hazırlanması işlərinin satınalınması. 
Lot-2. Qüllə küçəsi 12 nömrəli ünvanda XV əsrin Buxara karvansarayı binasının bərpa- layihə sənədlərinin hazırlanması işlərinin satınalınması.
Lot-. Qüllə küçəsi 11 nömrəli ünvanda XIV əsrin Multani karvansarayı binasının bərpa- layihə sənədlərinin hazırlanması işlərinin satınalınması.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanasından (Bakı şəhəri, Müslüm Maqomayev küçəsi 28 nömrəli ünvandan əlaqələndirici şəxs Ramin Mirzəbəyovdan ala bilərlər, telefon: (012) 437-30-49).
İştirak haqqı 1-ci lot üçün -130 manat, 2-ci lot üçün -90 manat və 3-cü lot üçün isə 100 manatdır.
VÖEN: 1700811061
H/h: AZ16İBAZ38060019446075469204
Bank: ,,Azərbaycan Beynəlxalq Bankı”nın Mərkəz filialı
Kod: 805722
VÖEN (bank): 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 3 oktyabr 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 oktyabr 2018-ci il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanasına (Bakı şəhəri, Müslüm Maqomayev küçəsi 28) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri lot – 1 15 oktyabr 2018-ci il saat 10.00-da, lot-2 15 oktyabr 2018-ci il saat 12.00-da, lot-3 isə 15 oktyabr 2018-ci il saat ­15.00-da Elmi-İstehsalat Bərpa Emalatxanasının inzibati binasında Bakı şəhəri, Müslüm Maqomayev küçəsi 28 nömrəli ünvanda açılacaqdır.

Tender komissiyası

 

10 2018 22:50 - REKLAMLAR VƏ ELANLAR
REKLAMLAR VƏ ELANLAR
19 Sentyabr 2018 | 01:24
Bildiriş
19 Sentyabr 2018 | 01:23
Bildiriş

Ən son xəbərləri səhifəmizdən də izləyin