Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Altı ayda təxminən 400 kilometrədək avtomobil yolu çəkilib

Altı ayda təxminən 400 kilometrədək avtomobil yolu çəkilib

Altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu sözləri Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.

“Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq”, - deyə ölkə başçısı bildirib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

1 2019 16:27 -

Köhnə versiyamızdan xəbərləri izlə