Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 336 Bakı şəhəri, 30 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli, “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın təsdiq edilməsi haqqında” 2016-cı il 5 iyul tarixli 264 nömrəli və “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə” 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1525-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 594 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 58, № 10, maddə 1210; 2016, № 2 (II kitab), maddə 364; 2017, № 3, maddə 515; 2018, № 5, maddə 1138, № 8, maddə 1819) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 1.8-ci bəndində “75.2.1-ci, 75.2.3-cü” sözləri “75.3.1-ci, 75.3.3-cü” sözləri ilə, “75.2.2-ci” sözləri “75.3.2-ci” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1344) ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın 10-cu hissəsinin birinci cümləsində “75.10-cu maddəsinə əsasən 10 (on) gün” sözləri “75.14-cü maddəsinə əsasən 3 (üç) iş günü” sözləri ilə əvəz edilsin.
3. “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2214) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Obyektin Tikintisinə İcazə” üzrə:
3.1.1. “Tikinti obyektinin layihəçisi: ______________________
                                                           (adı, ünvanı, lisenziyasının
________________________” hissəsindən sonra “Tikinti layihəsinin 
nömrəsi və verilmə tarixi) 
şəhərsalma sənədlərinə uyğun olması barədə rəy ___________________________” hissəsi əlavə edilsin;
 (rəyin tarixi və nömrəsi) 
3.1.2. “Tikinti obyektinə dair alınmış rəylər və əlavə şərtlər: ________________________” hissəsindən “və əlavə şərtlər” sözləri çıxarılsın və həmin hissədən sonra “Tikintiyə icazədə əlavə şərtlər: _____________________________________” hissəsi əlavə edilsin;
(tikintiyə icazədə əlavə şərt nəzərdə tutulduqda doldurulur)
3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın “Qeyd”ində “75.7-ci” sözləri “75.11-ci” sözləri ilə əvəz edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə