Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 333 Bakı şəhəri, 30 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların ...(ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilməsi barədə
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446; 2015, № 3, maddə 325; 2017, № 4, maddə 620, № 7, maddə 1500; 2018, № 11, maddə 2452; 2019, № 2, maddə 343) ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Magistratura səviyyəsi üzrə” bölməsinə “XTM060009 İnformasiya-təhlil fəaliyyəti” sətrindən sonra “XTM060010 Sərhəd təhlükəsizliyi və idarəetmə” sətri əlavə edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə