Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 332 Bakı şəhəri, 30 iyul 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə
“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 306 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə