Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 330 Bakı şəhəri, 29 iyul 2019-cu il
 

“Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların Siyahısı”nın və “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 407 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı  barədə  verilməli   olan  məlumatların  Siyahısı” təsdiq  edilsin  (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları  (qurumları)  ilə   mübadilə  edilməsi Qaydası” təsdiq  edilsin  (2 nömrəli əlavə).

3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

4. Bu Qərar 2020-ci il aprelin 1-dən qüvvəyə minir.

 

 

 

Novruz Məmmədov
Azərbaycan Respublikasının 
Baş Naziri                                                         

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il  29 iyul tarixli 330 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

   

                                                                                          1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların

 

SİYAHISI

 

Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə aşağıdakı məlumatlar daşıyıcılar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə verilir:

1. Hava gəmisi (reys) barədə məlumatlar:

1.1. daşıyıcının adı;

1.2. daşıyıcının kodu;

1.3. reysin nömrəsi;

1.4. çıxış hava limanının adı;

1.5. gəlmə hava limanının adı;

1.6. uçmanın, enmənin tarixi və vaxtı.

2. Hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatlar:

2.1. tam adı (soyadı, adı, atasının adı, bu kimi bütün mövcud  

      adlar);

2.2. cinsi;

2.3. təvəllüdü (doğulduğu gün, ay, il);

2.4. doğulduğu ölkə (mövcud olduqda);

2.5. vətəndaşlığı;

2.6. əlaqə nömrəsi və elektron poçt ünvanı (mövcud olduqda);

2.7. vəzifəsi (uçuş heyətinin üzvü üçün);

2.8. sərhədkeçmə sənədinin verildiyi ölkə, növü və nömrəsi;

2.9. sərhədkeçmə sənədinin etibarlılıq müddəti;

2.10. uçuş və təyinat məntəqələri.

 

 

___________________

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  29 iyul

tarixli 330 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

   

                                                                                          2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 43-1.4-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi qaydasını tənzimləyir.

1.2. Bu Qaydanın məqsədi Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri olan beynəlxalq hava limanlarında Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə daşıyıcılar tərəfindən verilmiş məlumatların (bundan sonra – məlumatlar) yoxlanılması və aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən ibarətdir.

1.3. Məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən qəbul edilməsi, saxlanması və dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri rəhbər tutulmaqla həyata keçirilir.

1.4. Məlumatların verilməsi, qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə təmin olunur.

2. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların verilməsi, qəbul edilməsi və saxlanması

 

 2.1. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə məlumatlar biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək daşıyıcılar tərəfindən real vaxt rejimində elektron formada informasiya sisteminə ötürülür.

2.2. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünə dair məlumatlar hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış daşıyıcılar tərəfindən real vaxt rejimində elektron formada informasiya sisteminə ötürülür. Hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra hər bir halda hava gəmisi yola düşənədək informasiya sisteminə ötürülür.

2.3. Daşıyıcılar tərəfindən məlumatların informasiya sisteminə ötürülməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən onlara elektron formada göndərilmiş texniki və texnoloji prosedurlara, həmçinin istifadə ediləcək format və standartlara uyğun olaraq həyata keçirilir.

2.4. Daşıyıcılar tərəfindən informasiya sisteminə ötürülən məlumatlar informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə qəbul edilir və daşıyıcılara bu barədə dərhal real vaxt rejimində elektron formada məlumat verilir.

2.5. Daşıyıcılar tərəfindən informasiya sisteminə ötürülən məlumatlar informasiya sistemində daimi saxlanılır və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizə olunur.

 

3. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların digər.dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi

 

3.1. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmaq üçün elektron formada real vaxt rejimində informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə ötürülür.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə