Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

№ 329 Bakı şəhəri, 29 iyul 2019-cu il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Yaşayış, ictimai binaların və mühəndis-kommunikasiya təminatı obyektlərinin elektrik təchizatının etibarlılıq kateqoriyaları” təsdiq edilsin (əlavə olunur).

 

Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri 

 

 

 

 

 

  Azərbaycan Respublikası Nazirlər

Kabinetinin  2019-cu il  29 iyul

tarixli 329 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 Yaşayış, ictimai binaların və mühəndis-kommunikasiya təminatı

obyektlərinin elektrik təchizatının etibarlılıq kateqoriyaları

 

            

              

Bina və qurğular

Elektrik təchizatının etibarlılıq kateqoriyası*

1

2

1. Yaşayış binaları və yataqxanalar:

 

- yanğın əleyhinə qurğular (yanğın nasosları, hava basqı, tüstükənarlaşdırma, yanğın siqnalizasiya və yanğın xəbərdarlıq sistemləri), liftlər, qəza işıqlandırılması, hündür qurğuların işıq çəpərlənməsi;

I

digər elektrikqəbulediciləri kompleksi:

 

- elektrik plitələri olan yaşayış binaları (1-8 mənzilli binalar istisna olmaqla);

II

- elektrik plitələri olan 1-8 mənzilli binalar;

III

- qaz və bərk yanacaqlı plitələri olan hündürlüyü 5 mərtəbədən çox olan yaşayış binaları;

II

- qaz və bərk yanacaqlı plitələri olan hündürlüyü 5 mərtəbədən çox olmayan yaşayış binaları;

III

- bağçılıq təsərrüfatları;

III

yataqxanalar, ümumi tutumu aşağıdakılara uyğun olan:

 

- 50 nəfərə qədər;

III

- 50 nəfərdən çox

II

2. Yaşayış binalarının ayrıca yerləşən və bina daxilində qurulan mərkəzi istilik məntəqələri, fərdi istilik məntəqələri

I

3. İdarələrin, layihə və konstruktor təşkilatlarının və elmi tədqiqat institutlarının binaları:

 

- yanğın əleyhinə qurğuların, mühafizə siqnalizasiyasının və liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması;

I

digər elektrikqəbulediciləri kompleksi:

 

- mərtəbə sayından asılı olmayaraq, işləyənlərin sayı 1000 nəfərdən çox olan binalar, hündürlüyü 10 mərtəbədən çox olan binalar;

I

1

2

- işləyənlərin sayı 50 nəfərdən çox olan binalar;

II

III

- işləyənlərin sayı 50 nəfərə qədər olan binalar

4. Müalicə-profilaktika müəssisələrinin binaları:

- əməliyyat və doğum bloklarının, anesteziologiya, reanimasiya və intensiv terapiya bölmələri, laparaskopiya, bronxo-skopiya və angioqrafiya kabinetləri, yanğın əleyhinə qurğular və mühafizə siqnalizasiyası, təxliyə və xəstəxana liftlərinin elektrikqəbulediciləri, qəza işıqlandırılması;

- digər elektrikqəbulediciləri kompleksi

 

I

 

 

 

 

II

5. Maliyyə, kredit və dövlət sığortası idarələri:

respublika əhəmiyyətli:

- yanğın əleyhinə qurğuların, mühafizə siqnalizasiyasının, liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması;

- digər elektrikqəbulediciləri kompleksi;

- şəhər və rayon tabeliyində olan idarələrin elektrikqəbulediciləri kompleksi

 

 

I

 

II

II

6. Kitabxanalar və arxivlər:

 

- 1 mln. vahiddən çox saxlama fondu olan binaların yanğın əleyhinə qurğularının, mühafizə siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması;

I

- digər elektrikqəbulediciləri kompleksi;

II

aşağıda qeyd olunan saxlama fondlu (vahidlə) binaların elektrikqəbulediciləri kompleksi:

 

- 100 mindən çox 1 mln-a qədər;

II

- 100 minə qədər

III

7. Təhsil, tərbiyə və kadrların hazırlanması müəssisələri:

- yanğın əleyhinə qurğuların və mühafizə siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması;

- digər elektrikqəbulediciləri kompleksi

 

I

 

II

8. Ticarət müəssisələri:

- ticarət sahəsi 500 kv.m-dən çox olan universamların, ticarət mərkəzlərinin, dükanların və digər ticarət obyektlərinin yanğın əleyhinə qurğularının və yanğın siqnalizasiyasının, liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması;

- digər elektrikqəbulediciləri kompleksi

 

I

 

 

 

II

9. İctimai iaşə müəssisələri (oturacaq yerləri 50-dən çox olan):

- yanğın əleyhinə qurğularının və yanğın siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması;

- digər elektrikqəbulediciləri kompleksi

 

 

 

I

 

II

1

2

10. Məişət xidməti obyektləri:

- iş yerlərinin sayı 15-dən çox olan bərbərxanaların, iş yerlərinin sayı 50-dən çox olan atelye və məişət xidməti kombinatlarının, iş növbəsində məhsuldarlığı 500 kq-dan çox paltaryuyan camaşırxanaların və kimyəvi təmizləmənin, 100 nəfərdən çox yeri olan hamamların elektrikqəbulediciləri kompleksi;

- iş yerlərinin sayı 15-ə qədər olan bərbərxanaların, iş yerlərinin sayı 50-yə qədər olan atelye və məişət xidməti kombinatlarının, iş növbəsində məhsuldarlığı 500 kq-a qədər olan paltaryuyan camaşırxanaların və kimyəvi təmizləmənin, ayaqqabı təmiri, metal məmulatı, saat təmiri emalatxanalarının, fotoatelye və 100 nəfərə qədər yeri olan hamam və saunaların elektrikqəbulediciləri kompleksi

II

 

 

 

 

 

 

III

11. Mehmanxanalar, istirahət evləri, pansionatlar və turbazalar:

- yanğın əleyhinə qurğuların və mühafizə siqnalizasiyasının və liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması;

- digər elektrikqəbulediciləri kompleksi

 

 

I

 

II

12. Muzeylər və sərgilər:

- respublika əhəmiyyətli muzeylərin və sərgilərin elektrikqəbulediciləri kompleksi, qəza işıqlandırılması;

rayon əhəmiyyətli muzeylər və sərgilər:

- yanğın əleyhinə qurğuların və mühafizə siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması;

- digər elektrikqəbulediciləri kompleksi;

- yerli əhəmiyyətli muzeylərin, sərgilərin və diyarşünaslıq muzeylərinin elektrikqəbulediciləri kompleksi

 

I

 

 

I

 

II

III

13. İdman və əyləncə mərkəzləri:

- yanğın əleyhinə qurğuların, mühafizə siqnalizasiyasının və liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması;

- digər elektrikqəbulediciləri kompleksi

 

I

 

II

 

 

 

 

 

 

1

2

14. Mühəndis-kommunikasiya təminatı sistemi üzrə obyektlər:

- fərdi ehtiyat istilik mənbələrinə malik olmayan birinci kateqoriyalı istehlakçıları təmin edən və istilik təchizatı sisteminin yeganə istilik mənbəyi olan birinci kateqoriyalı qazanxanalar;

- fərdi məhsuldarlığı 10 Qkal/saat-dan çox olan suqızdırıcı qazanlı ikinci kateqoriyalı qazanxanaların şəbəkə və qidalandırıcı nasoslarının  elektrik mühərrikləri;

- əhalisinin sayı 20 min nəfərdən çox olan şəhərlərdə su nasos stansiyaları, qəza kənarlaşdırması olmayan və ya 2 saatdan az qəza kənarlaşdırması müddəti olan kanalizasiya nasos stansiyaları;

- mərkəzi elektrik təchizatı sisteminin dartı yarımstansiyaları;

- şəhər elektrik şəbəkəsinin, istilik, qaz təchizatı, su-kanalizasiya təsərrüfatı və xarıcı elektrik şəbəkələrinin mərkəzi dispetçer məntəqəsi;

- əhalisinin sayı 500-dən 20 min nəfərədək olan şəhər və qəsəbələrdə su kəməri nasos stansiyaları, 1 sutkadan az qəza kənarlaşdırması müddəti olan kanalizasiya nasos stansiyaları, həmçinin su kəməri və kanalizasiya təmizləyici qurğuları;

- şəhər nəqliyyatı və piyada keçidi tunellərinin işıqlandırıсı qurğuları, respublika tabeli şəhərlərdə ümumşəhər əhəmiyyətli

magistral küçələrin, yolların və meydanların işıqlandırıcı qurğuları

 

 

I

 

 

 

I

 

 

I

 

 

 

I

I

 

 

II

 

 

 

 

II

 

Qeydlər:

1. I kateqoriya elektrikqəbulediciləri normal iş rejimində elektrik enerjisi ilə qarşılıqlı ehtiyatda olan iki müstəqil qidalandırıcı mənbədən təmin edilməlidir və qida mənbələrindən birinin elektrik təchizatında pozuntu zamanı fasiləyə yalnız qidalanmanın avtomatik bərpası müddətində yol verilə bilər. I kateqoriyaya aid xüsusi qrup elektrikqəbuledicilərinin (insanların həyatına olan təhlükənin, partlayışların və yanğınların qarşısının alınması məqsədilə istehsalatın qəzasız dayandırılması üçün fasiləsiz işi zəruri olan elektrikqəbulediciləri) elektrik təchizatı üçün qarşılıqlı ehtiyatda olan üçüncü müstəqil qida mənbəyindən əlavə qidalanma nəzərdə tutulmalıdır. I kateqoriya elektrikqəbulediciləri üçün ikinci, o cümlədən xüsusi qrup elektrikqəbulediciləri üçün üçüncü müstəqil qida mənbəyi qismində yerli elektrik stansiyaları, enerjisistemin elektrik stansiyaları (xüsusi halda, generator gərginlikli şinlər), bu məqsədlər üçün nəzərdə tutulan fasiləsiz qidalanma aqreqatları, akkumulyator batareyaları və s. istifadə edilir.

Əgər elektrik təchizatının ehtiyatlandırılması ilə texnoloji prosesin fasiləsizliyini təmin etmək mümkün olmadıqda və ya elektrik təchizatını ehtiyatlandırma iqtisadi cəhətdən məqsədəuyğun deyildirsə, texnoloji ehtiyatlandırma (elektrik təchizatının pozulması zamanı fəaliyyət göstərən, qarşılıqlı ehtiyatda olan texnoloji aqreqatların, texnoloji prosesi qəzasız dayandıran xüsusi qurğuların quraşdırılması) yerinə yetirilməlidir.

2. II kateqoriya elektrikqəbulediciləri normal iş rejimində elektik enerjisi ilə qarşılıqlı ehtiyatda olan iki müstəqil qidalandırıcı mənbədən təmin edilməlidir və onların elektrik təchizatında yol verilən fasilə növbətçi heyət və ya səyyar operativ xidmət tərəfindən ehtiyat mənbədən elektrik təchizatının bərpa edilməsi üçün tələb olunan müddətdən artıq olmamalıdır.

3. III kateqoriya elektrikqəbuledicilərinin elektrik təchizatı bir qida mənbəyindən yerinə yetirilə bilər, o şərtlə ki, elektrik təchizatı sistemində zədələnmiş elementin təmiri və ya dəyişdirilməsi üçün tələb olunan elektrik təchizatındakı fasilələr bir sutkadan artıq olmamalıdır.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə