Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qısametrajlı bədii film layihələri müsabiqəsi”nin qalibləri bəllidir

“Qısametrajlı bədii film layihələri müsabiqəsi”nin qalibləri bəllidir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi “Qısametrajlı bədii film layihələri müsabiqəsi”nin qalibləri müəyyən edilib. Bu barədə nazirlikdən məlumat verilib. Kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, milli-mənəvi və ümumbəşəri dəyərləri kino vasitəsi ilə təbliğ etmək məqsədilə müstəqil prodüser mərkəzləri tərəfindən müsabiqəyə   24 layihə təqdim edilib.

Onların arasından  münsiflər heyəti tərəfindən  4 layihə --“Protez” layihəsi  (“CNF production”), “Estakadada” layihəsi  (“Narimanfilm”), “Naməlum dahi” layihəsi  ( “Bravo Studio”),“Salam” layihəsi (“Zen Film”) qalib olaraq seçilib.

Qalib layihələrin Mədəniyyət Nazirliyinin sifarişi ilə onları təqdim etmiş şirkətlər tərəfindən “Azərbaycanfilm” kinostudiyasının bazasında istehsalı nəzərdə tutulur.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

2 2018 16:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə