Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ildə ölkədə 189 min tonadək metanol istehsal edilib

Yarım ildə Azərbaycanda 52,5 min ton propilen (ondan əmtəəlik 52,4 min ton), 59,2 min ton polietilen, 71,5 min ton etilen, 188,7 min ton metanol (metil spirti) istehsal olunub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, yanvar-iyun aylarında kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 30,4 faiz artıb. İyulun 1-nə 3,3 min ton propilen, 3,5 min ton polietilen və 31,6 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Hesabat dövründə əsas kimya məhsullarından propilen istehsalı 57 faiz, etilen istehsalı 18,7 faiz, polietilen istehsalı isə 1,2 faiz artıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

30 2019 16:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə