Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran batan gəmisinin ekipajını xilas etdiyinə görə Azərbaycana təşəkkür edib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən verilən məlumatda bildirilir ki,  İran “Şəbahəng” gəmisinin heyətinin xilas edilməsinə görə Azərbaycana təşəkkürünü bildirib.

Səfirlik İran İslam Respublikası dövləti adından dost və qardaş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirir.

Qeyd edilir ki, bu humanitar addım İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlığın təzahürüdür.

Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu vurğulayan İran İslam Respublikasının Səfirliyi belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirib.

 

    “Xalq qəzeti”

30 2019 15:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə