Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR AQŞ ‘’QƏRBİ ABŞERON’’ YATAĞINDA UNiKAL GEOLOJİ TƏDQİQAT iŞLƏRİ APARIB

SOCAR AQŞ həmişə olduğu kimi  heç bir mürəkkəbləşməyə yol vermədən 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 735 m olan 10 nömrəli kəşfiyyat  quyusunun qazma işlərini Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırdı.

Müəssisə “Qərbi Abşeron” yatağının tam potensialının aşkara çıxarılması istiqamətində bir sıra ilklərə imza atıb. Aparılmış uğurlu geoloji-geofiziki tədqiqat işləri nəticəsində lay təzyiqi ölçülüb, müxtəlif intervallardan kern nümunələri götürülüb, süxurların kollektor xüsusiyyətləri öyrənilib, layın neft-qaz doyumluluğu müəyyənləşdirilib,  layların yatımı, süxurların litoloji kəsilişi və s. dəqiqləşdirilib.

10 saylı özülün sahə qazma geoloqu Arif Səfərov müxbirimizə  bildirib ki, “Qərbi Abşeron” yatağında apardığımız geoloji-geofiziki tədqiqatlar sayəsində əldə olunan uğurlu nəticələr yatağın tarixində yeni dövrün başlanmasına təkan verəcək. Yataqda baş verə biləcək geoloji mürəkkəbləşmələrin öncədən qarşısının alınması mümkün olacaq və bunun sayəsində quyuların təhlükəsiz qazılması, işlənməsi və işlənmə rejimlərinin düzgün seçilməsi, o cümlədən qaz-kondensat ehtiyatlarının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaqdır.

 

 “Xalq qəzeti"

30 2019 15:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə