Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran və Rusiya Fars körfəzində hərbi təlimlər keçirəcək

İran və Rusiya Fars körfəzində hərbi təlimlər keçirəcək

Yaxın gələcəkdə İran və Rusiya Hind okeanı, Hörmüz Boğazı, habelə Fars körfəzində hərbi təlimlər keçirəcək.

Bunu Rusiyada üçgünlük səfərdə olan İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyn Xanzadi deyib. Xanzadi istirahət günü Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri gününə həsr olunmuş təntənələrdə iştirak edib.

H.Xanzadinin sözlərinə görə, bununla əlaqədar iki ölkə arasında razılıq əldə olunub.

Xanzadi ümid edib ki, bu hərbi təlimlər ilin sonuna kimi reallaşdırılacaq: “Tezliklə bu hərbi təlimlərlə bağlı koordinasiya iclaslarına başlanacaq”.

                                                          

  “Xalq qəzeti”

30 2019 14:52 -

Köhnə versiyamızdan xəbərləri izlə