Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərkosmos bu il 18,6 milyon dollarlıq xidmət göstərib

2019-cu ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə 18,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib.

2019-cu ilin iyun ayında isə “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziyadır.

                                                                     

     “Xalq qəzeti”

30 2019 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə