Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AİB Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq

Asiya İnkişaf Bankı (AİB) üçillik biznes planına uyğun olaraq 2020-2022-ci illərdə Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq.

Plana əsasən, AİB makroiqtisadi dayanıqlığın təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, bank olmayan kredit təşkilatlarının inkişaf layihələri üçün kredit verəcək.

Hesabat dövründə bank, həmçinin Azərbaycana 5,8 milyon dollar məbləğində texniki yardım göstərəcək.

Bundan başqa, bank 2022-ci ildə Azərbaycana enerji, təhsil, infrastrukturun təkmilləşdirilməsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihə üçün 450 milyon dollar kredit ayıra bilər.

                                                                       

      “Xalq qəzeti”

 

30 2019 14:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə