Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çinli qonaqlar Azərbaycan Tibb Universiteti professorunun evində qonaq olublar

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sung Tao və Çiin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Mübariz Allahverdiyevin mənzilində qonaq olublar.

 Cənab Sung Tao Yeni Azərbaycan Partiyasının yaranma tarixi, Şərq xalqlarını yaxınlaşdıran ümumi dəyərlər, insanların yaşadıqları mənzil şəraitləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

  Professor Mübariz Allahverdiyev qonaqları Şərq qonaqpərvərliyi ilə salamladıqdan sonra Yeni Azərbaycan Partiyasının yaranmasının o dövrün keşməkeşli şəraitindən doğan bir zərurət olduğunu deyərək, ümummilli lider Heydər Əliyevin bu partiyanın formalaşmasındakı rolundan ətraflı danışıb. Azərbaycan xalqının o dövrlərdə böyük məhrumiyyətlərlə üzləşdiyi 1990-cı il  20 Yanvar faciəsi ,  erməni təcavüzkarlarının  

1992-ci il fevralın 25-dən 26-a keçən gecə  törətdikləri Xocalı soyqırımı və digər hadisələr

haqqında əsaslı təhlillər verib.

         Sonda M.Allahverdiyev Şərq xalqları nümunəsində Azərbaycan  Respublikası və Çin Xalq Respublikası xalqlarının adət-ənənələrinin, qədim folklorunun, xalq təbabətinin yaxınlığından söhbət açıb, hələ 1962-ci ilə tələbə ikən alıb saxladığı  kitabçanı nümayiş etdirib. O, 1962-ci ildə Çin dilindən Azərbaycan dilinə tərcümə edilən “Ağıl mücrüsü” kitabından sitatlar gətirib, bunların Azərbaycan folklorunun bir hissəsini təşkil edən bizim “Atalar sözləri”nə çox yaxın olduğu haqqında paralellər aparıb. “Ağıl mücrüsü” kitabı qonaqların diqqətini cəlb edib və onlarda xoş təəssürat oyadıb.

         Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, YAP-ın Nəsimi rayon təşkilatının aparat rəhbəri Azər Süleymanov da  iştirak ediblər.

Məlahət xanım İbrahimqızı Mübariz Allahverdiyevin mənzilində çay süfrəsi arxasında bu görüşün Çin nümayəndə heyəti tərəfindən maraqla qarşılandığını qeyd edib və qonaqlara təşəkkürünü bildirib

Qarşılıqlı razılıq şəraitində keçən səmimi söhbət hər iki tərəfdə xoş məmnunluq hissləri yaradıb.

 

“Xalq qəzeti”

        

30 2019 14:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə