Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

S-400 NATO əlaqələrinə mənfi təsir etmir

Bu barədə Tailandda rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib.

Çavuşoğlu jurnalistlərin sualına, “NATO ilə heç bir problemimiz yoxdur.Türkiyə NATO üçün önəmli olan ilk beş ölkədən biridir. S-400 məsələsində Türkiyə və NATO arasında heç bir gərginlik yaşanmadığı rəsmi protokollarda da öz əksini tapır. Bu sadəcə Türkiyə-Amerika arasında olan bir məsələdir” fikirləri ilə cavab verib.

Qeyd edək ki, Mövlud Çavuşoğlu hər il təşkil edilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) –nın zirvə görüşündə iştirak etmək üçün Tailanda gedib. Görüşlər zamanı Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə də bir araya gələn Çavuşoğlu, Türkiyə və Rusiya əlaqələrini də müzakirə edib.

 

Elşən AĞALAR,
“Xalq qəzeti

30 2019 14:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə