Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” yeni layihəyə start verir

Azərbaycan bölgələrinə səyahət Naxçıvandan başlayır

Fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” iyul-avqust aylarında “Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəyə start verir. Bu dəfə lider mobil operator Naxçıvandan başlayaraq, Ağdam, Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Qazax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Sumqayıt, Quba, Xaçmaz, Qusar, Sabirabad, Şirvan və Lənkəran kimi regionlara səfər edəcək və bununla da ölkədə rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində öz fəaliyyətini davam etdirəcək. 
“Rəqəmsal dünya bölgələrdə” tədbirinin iştirakçıları gündəlik insan həyatının texnoloji yeniliklər və mobil texniki cihazlar vasitəsilə daha da rahat və effektiv olmasının üstünlükləri  ilə yanaşı, “Azercell”in yenilənmiş rəqəmsal həllər müxtəlifliyi ilə də tanış olmaq fürsəti əldə edəcəklər. Burada “Azercell”in yeni rəqəmsal məhsulları olan “Kabinetim”in tətbiqi, “BuludCinema”, “TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanını təklif edən “Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri təqdim ediləcək. Şirkətin yeni “Rəqəmsal dünyanı yarat” şuarı altında keçiriləcək bu tədbir çərçivəsində müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlar təşkil olunacaq və iştirakçılara hədiyyələr paylanacaq. “Azercell”in təşəbbüsü ilə yaradılan “İmzanı tanıt” sosial kampaniyasının işirakçıları da tədbirə dəvət ediləcəklər. Qeyd edək ki, qısa müddət ərzində sosial şəbəkələrdə rezonans yaratmış “İmzanı tanıt” çağırışı ölkəmizdə sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizin inkişafı ideyasını özündə əks etdirir.  
Festival çərçivəsində “Azercell”in “Mobil Diş" və  “Mobil Göz" klinikaları valideyn himayəsindən məhrum uşaqları, ehtiyacı olan ailələri və ahılları ziyarət edərək  onlara təmənnasız müayinə və müalicə təşkil edəcək. “Azercell” uşaqlara hədiyyə olaraq məktəb ləvazimatları da paylayacaq.

 

“Xalq qəzeti” 

30 2019 14:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə