Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yaxşı ki, Bakını seçmişlər”

“EYOF Bakı 2019”da iştirak edən atletlər sırasında Yunanıstan idmançıları da mükafata layiq yer tutmaq iddiasındadırlar. Komandanın üzvü Eftuchia Ioammıdı dedi ki, biz Vətənə medalla qayıtmaq istəyirik.

Əvvəlcə festivalın yüksək səviyyədə təşkil olunduğundan, idmançılar və tamaşaçılar üçün hər cür şəraitin yaradıldığından danışan yunanıstanlı idmançı buna görə təşkilatçılara minnətdarlığını bildirdi. Dedi ki, festivalın Bakıda keçiriləcəyini biləndə çox sevindim: “Çünki Azərbaycanda idmana böyük qayğı göstərildiyindən xəbərdaram. Azərbaycanlı idmançılar arasında dostlarım var. Yarışlarda tanış olmuşuq. Çox mehriban, səmimidirlər. Ancaq yarış başlayanda onları tanımaq olmur. Elə əzmkar, mübariz olurlar ki, gəl görəsən. Əslində, idmançı belə də olmalıdır. Dost kimi dost, rəqib kimi rəqib”.
E.Ioammıdı Bakının gözəlliyinə valeh olduğunu bildirdi. Dedi ki, Dənizkənarı parkda gəzmək ona xüsusi zövq verir: “Mən bir çox ölkələrdə yarışlarda olmuşam. Asudə vaxtlarımızda yarış keçirilən şəhərləri gəzmişik. Ancaq Bakıdakı səliqə-sahman, gözəlliklə heç yerdə rastlaşmamışam. İnsanlar çox mehribandırlar, adama elə gəlir ki, sanki elə burada doğulub, boya-başa çatmısan, onlarla bir yerdə yaşamısan. Komandamızın üzvləri ilə birlikdə gəzirik. Hec bir təhlükə ilə qarşılaşmamışıq. Bir hadisənin də şahidi oldum. İdmançılardan biri sənədləri də içərisində olan pul kisəsini Dənizkənarı parkda itirmişdi. Çox narahat idi. Onu əmin etdilər ki, itirdiyi əşyalar qısa müddətdə tapılacaq. Elə də oldu. Yarışların təşkili də yüksək səviyyədədir. İdman arenalarına isə söz ola bilməz. Deyirəm: XV festival üçün yaxşı ki, Bakı seçilmişdir...”

 

Əliqismət BƏDƏLOV,
Elşən AĞALAR (foto)
“Xalq qəzeti”

 

30 2019 14:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə