Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Burada hər şey əla idi

Ukraynalı gimnast Nazar Çepurnoy ­Bakıda keçirilən XV Avropa Yay Gənclər ­Festivalından üç qızıl və bir gümüş ­medalla ayrıldı. Öz təəssüratlarını bölüşən yeniyetmə bunları dedi:


– Bakıda keçirilən bu möhtəşəm beynəlxalq yarış mənim üçün çox yaxşı keçdi. Hər şey əla idi: Təşkilatçılıq, qonaqpərvərlik, Atletlər kəndi. Bir sözlə, Bakı bu beynəlxalq yarışa yüksək səviyyədə hazırlaşmışdı. Bakı yarışı mənim üçün ömürlük yadımda qalacaq. Çünki buradan üçü qızıl, biri gümüş olmaqla – 4 medalla ayrılıram. Bu qələbəni qazanmağımda məşqçilərimin də rolu böyükdür. Baş məşqçimiz İrina Nadyuka təşəkkür edirəm.

 

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

 

30 2019 14:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə