Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 328 Bakı şəhəri, 29 iyul 2019-cu il
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə
 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 612, № 6, maddə 1225, 
№ 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; 2018, № 7
 (II kitab), maddə 1664, № 9, maddə 1941; 2019, № 3, maddə 561, № 4, maddələr 752, 755) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. “Azərsu” ASC-nin tabeliyində, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılsın.
3. “Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılsın.
4. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “Göyçay Sukanal” TSC və “Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil edilsin.
5. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC hüquq varisliyi qaydasında ona qoşulan “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürsün.
6. “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin “Birləşmiş Sukanal” MMC-yə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilsin.
7. “Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılsın.
8. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 68 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 442; 2013, № 12, maddə 1642) 2-ci hissəsi ləğv edilsin.
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” ASC bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  29 iyul

tarixli 328 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin

 

STRUKTURU

 

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Aparatı.

2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs

     olmayan təşkilatlar:

2.1. “Bakı Sukanal” İdarəsi;

2.2. Nizami rayon Sukanal İdarəsi;

2.3. Xətai rayon Sukanal İdarəsi;

2.4. Binəqədi rayon Sukanal İdarəsi;

2.5. Yasamal rayon Sukanal İdarəsi;

2.6. Nərimanov rayon Sukanal İdarəsi;

2.7. Nəsimi rayon Sukanal İdarəsi;

2.8. Sabunçu rayon Sukanal İdarəsi;

2.9. Səbail rayon Sukanal İdarəsi;

2.10. Suraxanı rayon Sukanal İdarəsi;

2.11. Qaradağ rayon Sukanal İdarəsi;

2.12. Xəzər rayon Sukanal İdarəsi;

2.13. Pirallahı rayon Sukanal İdarəsi;

2.14. “Bağlar Sukanal” İdarəsi;

2.15. “Sumqayıt Sukanal” İdarəsi;

2.16. “Abşeron Sukanal” İdarəsi;

2.17. 1 №-li Regional Sukanal İdarəsi;

2.18. 2 №-li Regional Sukanal İdarəsi;

2.19. 3 №-li Regional Sukanal İdarəsi;

2.20. 4 №-li Regional Sukanal İdarəsi;

2.21. 5 №-li Regional Sukanal İdarəsi;

2.22. 6 №-li Regional Sukanal İdarəsi;

2.23. 7 №-li Regional Sukanal İdarəsi;

2.24. 8 №-li Regional Sukanal İdarəsi;

2.25. Nəzarət Ölçü Cihazları İdarəsi;

2.26. Kür Su Təchizatı İdarəsi;

2.27. Ceyranbatan Su Təchizatı İdarəsi;

2.28. Nəqliyyat və Xüsusi Texnika İdarəsi;

2.29. Anbar Təsərrüfatı İdarəsi;

2.30. Mərkəzi Laboratoriya.

3. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi  

     şəxslər (müəssisələr):

3.1. “Sutikinti” Müəssisəsi;

3.2. “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu;

3.3. “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyət.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə