Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı nazirin Pakistana başsağlığı: Bu xəbər məni dərindən kədərləndirdi

 
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata, Ordu komandanı general Qamar Caved Bacvaya və Federal Müdafiə naziri cənab Pervez Xattaka başsağlığı ünvanlayıb. 


Başsağlığında deyilir: “Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.

30 2019 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə