Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla Böyük Britaniya arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüş olub. Nazir Sahil Babayev  Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən uğurlu sosial islahatları diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin cari ildə təqdim etdiyi iki mühüm sosial paketin ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində növbəti mühüm irəliləyişlərə imkan verdiyini vurğulayıb.

    Nazir ölkəmizdə qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində aparılan işlər, əhalinin məşğulluğunun təminatı sahəsində həyata keçirilən aktiv məşğulluq tədbirləri, ildən-ilə genişləndirilən özünüməşğulluq proqramı barədə məlumat verib. Bildirib ki, Azərbaycanda qeyri-formal məşğulluğun aradan qaldırılması, özünüməşğulluğun təminatı sahəsində aparılan işlər, habelə sosial yardım və əlillik təyinatı üzrə qurulan elektron sistemlər Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən xüsusi mükafatlara layiq görülüb.

S.Babayev həssas qruplardan olan vətəndaşların əmək bazarına çıxışının dəstəklənməsində nazirliklə BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın əhəmiyyətindən bəhs edib.

   K.M.Krofts ölkəsinin Azərbaycanla əlaqələrinin daim genişlənməkdə olmasının məmnunluq doğurduğunu bildirib. O, ölkəmizdə sosial sahədə aparılan islahatları  maraqla izlədiyini deyib. K.M.Krofts əmək münasibətləri, məşğulluq, sosial müdafiə, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahələrində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi, fəal təcrübə mübadilələrinin aparılması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

 Görüşdə Azərbaycan və Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə və reabilitasiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2019 14:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə