Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreya və Monqolustanın təşkilat rəhbərləri və fəal qadınları ilə görüş

 “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində Cənubi Koreya və Monqolustanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşündə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulayıb. Fəal qadınlar təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini, ölkələrimiz arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. 

     Görüşlər zamanı Milli Məclisin deputatı Q.Paşayeva onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Görüşlər zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından söz açıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. 

       Xanımlarla görüşdən məmunluğunu bildirən  Q.Paşayeva Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Q. Paşayeva ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğundan danışıb və onları ölkəmizə dəvət edib. Deputat Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə  bağlı da geniş məlumatlar verib.

   Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyən Cənubi Koreya və Monqolustanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları  ölkələrimiz arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

    Q.Paşayeva görüşlərin sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2019 12:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə