Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı məlumdur

Qida Təhlükəsizliyi Agentliyi  bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır. Bu barədə Agentliyin mətbuat xidmətindən bildirilib.

Bayram günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.  

Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

AQTA Qurban bayramında fəaliyyət göstərəcək kəsim məntəqələri barədə maarifləndirici videoçarx yayıb. Videoçarxda bayram günlərində fəaliyyət göstərəcək stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin siyahısı və ünvanları barədə məlumat verilir.

Video üçün keçid:  https://youtu.be/9prnbi9uLG4

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

30 2019 10:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə