Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ixracın həcmini artırır

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana ümumi dəyəri 9,979 milyard dollar olan məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz çoxdur.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında bildirilir.

Dövlət sektorunun ixracdakı payı 6,218 milyard dollar, özəl sektorda 3,728 milyard dollar olub.

Hesabat dövründə Azərbaycandan ən çox neft və neft məhsulları, təbii qaz, elektrik enerjisi, meyvə və tərəvəz ixrac edilib.

Hesabat dövründə idxal 7,015 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 50,5 faiz çoxdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 2,812 milyard dollar, özəl sektorda isə bu rəqəm 3,799 milyard dollar təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox idxal etdiyi müxtəlif maşın və mexanizmlər, nəqliyyat vasitələri və ehtiyat hissələri, qara metallar, plastik və əczaçılıq məhsulları olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

29 2019 16:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə