Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən həftə 19 rayonda 284 fermer təlimlərə cəlb olunub

Bu ilin yanvar-iyul ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikanın 60 rayonunda 1070 təlim keçirilib. Təlimlərdə 19642 fermer və məhsul istehsalçısı iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, ötən həftə ərzində respublikanın 19 müxtəlif rayonunda 20 təlim keçirilib. Təlimlərə, ümumilikdə, 284 fermer və məhsul istehsalçısı cəlb olunub.

Təlimlər Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Gəncə, Lənkəran və Salyan Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən keçirilib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

29 2019 16:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə