Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tədbir çərçivəsində Ermənistanın vandalizm aktlarından danışılıb

Beynəlxalq Qadın tədbiri çərçivəsində dünyanın tanınmış qadın təşkilat rəhbələri ilə görüşdə Milli Məclisin deputatı Qənirə Paşayeva onlara  Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. O, bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir.

   Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar, işğalçı ölkənin qeyri-qanunu girov saxlamaqda davam etdiyi azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məlumatlar verib. Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, dünyada tanınmış təşkilat rəhbərləri, QHT və KİV rəhbərləri  qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. O, Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb, Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı da danışıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını deyən deputat qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. 

 Q.Paşayeva görüşlər zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də məlumatlar verib. Tanınmış təşkilat, QHT və KİV rəhbərləri qadınları Azərbaycana dəvət edib. Onlar dəvəti böyük məmuniyyətlə qəbul edərək, Azərbaycanı yaxından tanımaq istədiklərini bildiriblər. Deputat  görüşlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış  kitab, sənədli film və materialları xarici ölkələrin fəal xanımlarına təqdim edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 2019 14:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə