Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlamlıq imkanları məhdud gənc yazarın ilk şeirlər kitabı təqdim olunub

Sabirabad rayonunun Balakənd kənd sakini, sağlamlıq imkanları məhdud gənc yazar Elsevər Qəlbiqəmin (Əliyevin) “Ömürdən keçən illər” adlı ilk şeirlər kitabının təqdimatı olub.

Əsasən Vətənə, torpağa məhəbbət ruhunda yazılmış, ülvi dəyərləri təbliğ edən, tərbiyəvi və düşündürücü şeirlərdən ibarət olan kitab Milli Məclisin deputatı Elçin Quliyevin təşəbbüsü ilə işıq üzü görüb.

     Sabirabad rayon Gənclər Mərkəzində təşkil olunan təqdimat tədbirində Milli Məclisin deputatları, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, sənət adamları, jurnalistlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər dövlət tərəfindən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud gənclərə və uşaqlara göstərilən qayğıdan bəhs ediblər. Onlar  sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün həyata keçirilən tədbirlərin  önəmini vurğulayıblar.

        Tədbir iştirakçıları E.Qəlbiqəmi yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. E.Qəlbi­qə­min atası Məhərrəm Əliyev kitabın çapında və bu tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

  Sonda gənc yazar çıxış edərək, onun yaradıcılığına verilən dəstəyə, həmçinin bu tədbirin keçirilməsinə, onun barəsində səslənən xoş fikirlərə görə  minnət­darlıq edib.

 

Z.BƏŞİRQIZI,
 “Xalq qəzeti”

 

 

29 2019 13:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə