Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirdə sahibkarlarla görüş keçirilib

Şəmkir rayonunda dövlətdən güzəştli kredit almaq istəyən sahibkarlarla görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forumu Şəmkir rayonunda keçirib.

  Forumda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və 200-ə yaxın sahibkar iştirak edib.

 Forumda Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayon üçün prioritet hesab olunan sahələr- kənd turizminin inkişafı, tingçilik müəssisələrinin, eləcə də üzümçülük, kartofçuluq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq təsərrüfatları üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar paylanıb.

 Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

  Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə sahibkarlığın rolu, fermerlərə verilən güzəştlər və subsidiyalar barədə danışıb.

 Daha sonra yerli sahibkarları maraqlandıran suallar cavablandırılıb.

                  

 

Hamlet Qasımov,
Xalq qəzetinin bölgə müxbiri

 

 

29 2019 13:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə