Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mahatma Qandiyə həsr olunan xatirə poçt markasının rəsmi buraxılışı

Mahatma Qandinin anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan Respublikası Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin   “Azərmarka” şirkəti   Mahatma Qandiyə ehtiram olaraq 60 qəpik dəyərində xatirə poçt markasını tədavülə buraxlımışdır. Xatirə poçt markasının rəsmi şəkildə  26 iyul 2019-cu ildə  buraxılışına həsr olunmuş tədbir keçirilmişdir.

Bakıda keçirilən tədbir zamanı Hindistanın Azərbaycandakı  səfiri  Bavitlunq Vanlalvavna  çıxış edərək  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və “Azərmarka”MMC-yə Mahatma Qandinin anadan olmasının 150 illiyinin qeyd olunması münasibətilə poçt markasının buraxılışı və Mahatma Qandiyə göstərilən böyük ehtiram üçün təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycan hökümətinin bu jesti Hindistan və Azərbaycan arasında mövcud olan güclü tarixi və mədəni bağları möhkəmləndirəcəkdir.

“Azərmarka” MMC-nin direktoru  Leyla Güləliyeva  Azərbaycanın Mahatma Qandiyə həsr olunan poçt markası buraxan 90 ölkə sırasına qoşulmasından  məmnun olduğunu bildirmişdir.

Poçt markasının buraxılışı tədbirində diplomatik korpusun nümayəndələri, Azərbaycanın dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin və Bakıdakı Hindistan icmasının üzvləri iştirak etmişlər. Birinci gün zərfləri qonaqlara paylanmışdır. Tədbir ərzində “Möhtəşəm Hindistan- Qandinin vətəni” qısa filmi və Azərbaycanlı müğənni  Tofiq Əliyevin ifasında Mahatma Qandinin sevimli nəğməsi “Vaişnava Cana To”-nun video yazısı nümayiş etdirilmişdir. Azərbaycanlı rəqqas  Solmazın klassik hind rəqsi tədbirə rəng qatmışdır.

  Daha əvvəl Hindistan Səfirliyi Mahatma Qandinin anadan olmasının 150 illiyinin qeyd olunması münasibətilə təşkil olunan tədbirlərin tərkib hissəsi olaraq Mahatma Qandiyə həsr olunan rəsm sərgisi, velosiped yürüşü və ağacəkmə tədbiri təşkil etmişdir. Azərbaycan Hökümətinin müxtəlif qurumları bütün bu tədbirlərin təşkilində Səfirliyə dəstək göstərmişiər.

 

Afət Sadıqoğlu,
 “Xalq qəzeti”

 

 

 

29 2019 12:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə