• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elman Nəsirov: Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxardı

Elman Nəsirov: Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxardı

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxardı. Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri zamanı N.Paşinyan və onun komandası vahimə içərisində bu xəbəri eşitdi ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri bundan sonra da inkişaf etdiriləcək və Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar alıb və bundan sonra da bu siyasət davam etdiriləcək:

“Belə bir vəziyyətdə Paşinyan böyük bir vahimə içərisində tələm-tələsik Rusiya paytaxtına səfərə getdi. Bu səfərin uğursuz nəticələrini proqnozlaşdırmaq elə də çətin deyildi. Paşinyan güman edirdi ki, Moskvaya gedib Prezident Vladimir Putinə “biz sizin strateji müttəfiqinizik, sizin ən yaxın dostunuzuq, hər zaman Rusiyanın yanıdayıq” deməklə RF Prezidentini məmnun edəcək və yenə də ikibaşlı siyasətini davam etdirəcək".

Politoloqun fikrincə, Ermənistanın baş naziri yanılır, çünki Rusiya kimi nəhəng dövləti idarə edən mahir siyasətçi V.Putin bunun N.Paşinyanın ikiüzlü siyasəti olduğunu, onun qeyri-səmimi davrandığını bilir.

Deputat əlavə edib: "Rusiya Prezidenti necə Paşinyana inana bilər ki, o, Putinlə məsləhətləşmədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etdirir? Putin Paşinyana necə inana bilər ki, onun mədəniyyət naziri təyin etdiyi şəxs "Ermənistanda rus dili qadağan edilməlidir" kimi bəyanatlar verir? Paşinyanın Milli Təhlükəsizlik Şurasının sədri qoyduğu Armen Qriqoryan antirusiya davranışı ilə Moskvada çox məşhurdur. Ona görə də hesab edirəm ki, Paşinyan-Putin danışıqları uğursuzluğa düçar oldu. Ümumilikdə Paşinyanın atdığı addımlar Moskvanın diqqətindən yayınmır”.

 

10 2018 16:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin