Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 325 Bakı şəhəri, 25 iyul 2019-cu il
 
“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115; 2019, № 2, maddə 365) ilə təsdiq edilmiş 5 nömrəli əlavə - “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin 3-cü sətrinə “Şöbə müdiri” sözlərindən sonra “, baş redaktor” sözləri əlavə edilsin və 5-ci sətir ləğv edilsin. 
2. Bu Qərar 2019-cu il iyulun 1-dən tətbiq edilir.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə