Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şəmkir şəhəri yaxınlığında Bakı-Qazax yolunun sağ tərəfində yerləşən “Şəmkir Aqropark” MMC-nin qazlaşdırılması (sifariş 7-87-16 (D)) işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şəmkir şəhəri yaxınlığında Bakı-Qazax yolunun sağ tərəfində yerləşən “Şəmkir Aqropark” MMC-nin qazlaşdırılması (sifariş 7-87-16 (D)) işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

1. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti (o cümlədən maliyyə dövriyyəsi) haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər. 
Bu sənədlər əsas şərtlər toplusunda göstərilən qaydada (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) ən geci 19 avqust 2019-cu il Bakı vaxtı ilə saat 11.00-a qədər Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 23 nömrəli ünvanda “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunmalıdır.
2. Tenderdə iştirak etmək və Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını göstərilən hesaba ödədikdən sonra əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxslərdən həftənin istənilən iş günü saat 9.30-dan ­17.30-a kimi ala bilərlər. 
“Azərbaycan Respublikası Beynəlxalq Bankı” ASC-nin Sabunçu filialı
Kod- 805573 
VÖEN (bank)- 9900001881
Mh- AZ03NABZ01350100000000002944
VÖEN-9900001621
Hh- AZ72IBAZ38010049449955001212
SWİFT kodu- İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxslər – Şəhriyar Babayev
“Azəriqaz” İB-nin əsaslı tikinti şöbəsinin rəisi
Telefon-+994 12 521-00-00 (daxili 29 047)
Teymur Cəfərov “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin rəisi
telefon +994 12 521-00-00 (daxili 29 042)
3. əsas şərtlər toplusunda göstərilən qaydada tender təklifi və tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı 1 (bir) əsli və 1 (bir) surəti olmaqla 28 avqust 2019-cu il Bakı vaxtı ilə saat 11.00-a qədər satınalan təşkilata təqdim olunmalıdır.
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
4. Tender təklifləri 29 avqust 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
5. Satınalınan işlərin yeri və xüsusiyyətləri:
Şəmkir şəhəri Bakı-Qazax yolunun sağ tərəfindəki ərazidə layihəyə uyğun olaraq daşıyıcı qaz boru kəmərinin çəkilməsi və sınaqdan keçirilməsi, qaz avadanlıqlarının quraşdırılması. İşlərin icrası üçün tələb olunan mal-material, avadanlıq, cihaz və alətlər podratçı tərəfindən təmin olunacaq. Qalib təşkilatla bağlanmış müqavilə üzrə avans ödənişi nəzərdə tutulmur.
6. Tender təklifinin təminatı şərtləri: 
- Bank təminatının əsli tender təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satınalan təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır. 
- Təminat vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank təminatını qəbul etməmək hüququnu özündə saxlayır.
- Bank təminatının forması və şərtləri tenderin əsas şərtlər toplusunda göstərimişdir.
7. İxtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi zamanı aşağıdakı meyarlara diqqət yetiriləcək:
– satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, idarəetmə səriştəsinin və etibarlığının, əsas şərtlər toplusunda göstərilən minimal texniki və maliyyə imkanlarının və işçi qüvvəsinin olması;
– satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
– öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
– müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması;
– satınalma prosedurunun başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
– müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
– əsas şərtlər toplusunda göstərilən digər meyarlar.
8. Satınalma müqaviləsinin 90 təqvim günü müddətində yerinə yetirilməsi tələb olunur.
9. Podratçıların dövlət mənsubiyyətinin aşağıda qeyd edilən ölkələrdən olması qadağandır:
- Azərbaycan Respublikasının qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən ticarət münasibətlərinin qurulması qadağan olan ölkələr;
- Azərbaycan Respublikası ilə müharibə vəziyyətində olan, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə təcavüz etmiş, Azərbaycan Respublikasının süverenliyini və ərazi bütövlüyünü tanımayan ölkələr;
- SOCAR tərəfindən borc qiymətli kağızların (avrobondların) emmisiyası ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əsasən (SOCAR-ın 10 aprel 2013-cü il tarixli 47 nömrəli əmri) ticarət münasibətlərinin qurulması mümkün olmayan ölkələr.
 - Avropa İttifaqının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Birləşmiş Millətlər Təşkilatının və ABŞ-ın iqtisadi sanksiya tətbiq etdiyi ölkələr.

 

“Azəriqaz” İB-nin tender komissiyası

27 2019 02:32 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
10 Dekabr 2019 | 01:52
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə