Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balaxanı Sənaye Parkında istehsal olunan məhsulların ABŞ-a ixracına başlanıb

Balaxanı Sənaye Parkında istehsal olunan məhsulların ABŞ-a ixracına başlanıb

Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İlkin olaraq ABŞ-a ildə 3 min mebel dəsti ixrac olunacaq.

Bununla əlaqədar olaraq təşkil olunmuş tədbirdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov Balaxanı Sənaye Parkında təkrar emal sahəsində görülən işlər, sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli şərait barədə məlumat verib.

İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Balaxanı Sənaye Parkı təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Sərəncamı ilə yaradılıb. Park 8,3 hektarlıq ərazidə yerləşir.

Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlara münbit işgüzar mühitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulka və materialların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı və s. sahələri üzrə 8 rezident fəaliyyət göstərir. Daha 9 rezident 11 istehsalat sahəsi üzrə yaxın vaxtlarda fəaliyyətə başlayacaqdır.

Ümumilikdə isə, Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən 41,5 mln. manat investisiya qoyuluşu və 680 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.

Sahibkar Fərman İslamlı məlumat verib ki, ABŞ-a məhsul ixracına başlayan və süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan “Foriella” MMC Balaxanı Sənaye Parkının rezidentidir və 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Rezident tərəfindən Sənaye Parkında istehsal sahəsinin yaradılmasına 4 milyon manata yaxın investisiya yatırılıb. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib. İstehsalın Almaniya, Türkiyə və İtaliya texnologiyaları əsasında təşkil edildiyi müəssisədə 170-ə yaxın daimi iş təmin olunub.

Müəssisənin məhsulları yerli bazarda satılmaqla yanaşı, Gürcüstan, Ukrayna və Qazaxıstana ixrac olunur və artıq ABŞ-a da məhsul ixracına başlanıb.

 

 Samirə Əliyeva,
“Xalq qəzeti”

 

26 2019 10:17 -
26 Sentyabr 2019 | 23:08
Yeni model istehsal edilib
20 Sentyabr 2019 | 12:01
Atəşkəs rejimi 21 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə