Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 322           Bakı şəhəri, 24 iyul 2019-cu il
 
“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.19-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Novruz Məmmədov
 Azərbaycan Respublikasının Baş Naziri 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 24 iyul

tarixli 322 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

  1.  Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir.
  2.  Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
    1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması;
    2. əlilliyi olan şəxsin ailə üzvləri – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər;
    3. uçota alınmanı həyata keçirən orqan - əlilliyi olan şəxsin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı.

 

2. Əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması

 

  1.  Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir.
  2.  Ərizə ilə birlikdə uçota alınmanı həyata keçirən orqana aşağıdakı sənədlər təqdim edilir:
    1. təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;
    2. təmsilçilik barədə ərizə (2 nömrəli əlavə) (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir);
    3. əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti.
  3. Uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd (sənədlər) olduqda, bu barədə qəbzdə müvafiq qeyd aparılır.
  4.  Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, uçota alınmanı həyata keçirən orqan bu barədə təmsilçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir və həmin çatışmazlıqlar yazılı məlumatın alındığı gündən ən geci 7 (yeddi) iş günü müddətində təmsilçi  tərəfindən aradan qaldırılır.
  5.  Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota almanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir.
  6. Uçota alınmış təmsilçinin təqdim etdiyi sənədlər əlilliyi olan şəxs uçota alınarkən onun üçün açılmış uçot işinə əlavə edilir.

 

3. Əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsi

 

  1.  Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir:
    1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə;
    2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə;
    3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə.
  2.  Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır.
  3.  Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər.

 

 

 

“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”na

 

1 nömrəli əlavə

 

_________________  İcra Hakimiyyətinə (bələdiyyəsinə)

                             (rayon, şəhər)

                     

______________ rayonu (şəhəri) ________ rayonu, qəsəbəsi, kəndi

_______________ küçəsi, ev ____ mənzil ____ ünvanında yaşayan

telefon nömrəsi (nömrələri): ________________________________

şəxsiyyət vəsiqəsi: seriyası ______ №  _______________

vətəndaş _______________________________________________

(soyadı, adı, atasının adı)

tərəfindən

 

ƏRİZƏ

 

Xahiş edirəm, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən,-mənim  __________________  tarixində             ______________________                                                                                                          

                (gün, ay, il)

______________________________________________________

(yerli icra hakimiyyəti orqanının və ya bələdiyyə orqanının adı)

yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış ___________________  __________________________________

  (qohumluq əlaqəsi)                                 (soyadı, adı, atasının adı)

əvəzinə uçota alınmağıma köməklik göstərəsiniz.

                

Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm.

 

Sıra №-si

Sənədin adı

Vərəqlərin sayı

  1.  

 

 

  1.  

 

 

  1.  

 

 

 

 

İmza ________________                        Tarix _________________

 

“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”na

 

2 nömrəli əlavə

 

                 ________________  İcra Hakimiyyətinə (bələdiyyəsinə)

                     (rayon, şəhər)

                                                         

  1. ______________________________ ünvanında qeydiyyatda olan

                    (qeydiyyat ünvanı)

 

______________________________________________________

(ailə üzvünün soyadı, adı, atasının adı)                       ______________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi)

 

 

2. ______________________________ ünvanında qeydiyyatda olan

                   (qeydiyyat ünvanı)

 

______________________________________________________

(ailə üzvünün soyadı, adı, atasının adı)                       ______________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi)

                   

3. ______________________________ ünvanında qeydiyyatda olan

                                   (qeydiyyat ünvanı)

 

______________________________________________________

(ailə üzvünün soyadı, adı, atasının adı)                       ______________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi)

tərəfindən

ƏRİZƏ

 

________  nömrəli

 

Biz, ______________________________ yaşayış sahəsinə ehtiyacı

(yerli icra hakimiyyəti orqanının və ya

 bələdiyyə orqanının adı)

olan şəxs qismində uçota alınmış, vəfat etmiş __________________                      

                                                                                         (soyadı, adı, atasının adı)

18 yaşına çatmış ailə üzvləri mənzil uçotunun saxlanılması üçün müraciətin edilməsi məqsədilə ailəmizi təmsil edən şəxs                  ______________________________________________________

(təmsilçinin soyadı, adı, atasının adı)

                                       

qismində qeydə alınmasına razılığımızı bildiririk.       

            

1. _______ ______________________________  (telefon nömrəsi ___________)

      (imza)   (təmsilçinin soyadı, adı, atasının adı)

 

 

 

2. _______ ______________________________  (telefon nömrəsi ___________)

      (imza)  (ailə üzvünün soyadı, adı, atasının adı)

 

 

3. _______ ______________________________  (telefon nömrəsi ___________)

     (imza)  (ailə üzvünün soyadı, adı, atasının adı)

 

 

Mən, _________________ notariusu _______________________

           (notariat kontorunun adı)                     (notariusun soyadı, adı, atasının adı)

 

ailə üzvlərinin mənim iştirakımla etdikləri imzalarının həqiqiliyini təsdiq edirəm.

 

 

 

 

 

 

 

 

 M.Y.

Reyestrdə ________ № ilə qeyd edilmişdir.

 

____________   manat haqq tutulmuşdur.

 

Notarius _________________________

 

                                   (imza)

     
 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə