Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Klubun prezidenti dəyişir

Klubun prezidenti dəyişir

Almaniyanın “Bavariya” klubu prezident dəyişikliyinə hazırlaşır.
Məlumata görə, Münhen təmsilçisinin hazırkı prezidenti Uli Höness vəzifəsindən ayrılmağa qərar verib. Onun bu ilin oktyabr ayındakı seçkidə namizəd olmayacağı bildirilib. Artıq Hönessi əvəzləyəcək şəxs də məlumdur. “Bavariya”nın növbəti prezidenti “Adidas” şirkətinin İdarə Heyətinin sədri, həmçinin hazırda klubun Nəzarət Şurasında yer alan Herbert Hayner olacaq.
Qeyd edək ki, Höness ilk dəfə 2009-cu ildə “Bavariya”nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunan futbol funksioneri vəzifəsindən məcburi kənarlaşdırılmışdı. Amma 2 il sonra isə o, yenidən prezident olmuşdu. Höness isə ümumilikdə 40 ildir ki, Münhen klubunda çalışır.
İnformasiyanı “goal.com” yayıb.

 

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

25 2019 21:28 - İDMAN
İDMAN
17 Avqust 2019 | 22:07
Mert Çetin “Roma”da
16 Avqust 2019 | 12:17
Moreno “Atletiko”ya keçir
9 Avqust 2019 | 10:40
“Real” Neymarla maraqlanır
7 Avqust 2019 | 20:59
Ən çox qol vuran futbolçular

Köhnə versiyamızdan xəbərləri izlə