Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 320 Bakı şəhəri, 24 iyul 2019-cu il
 
“Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən və dövlət sifarişlərinin yerinə yetirilməsi ilə bağlı “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərinin fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1350; 2011, № 10, maddə 965) əlavə - “Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması”nda “Hər bir nüsxənin həcmi (səhifə ilə)” sütununda “8” rəqəmləri (hər üç halda) “10” rəqəmləri ilə, “Qəzet kağızına illik tələbat (tonla)” sütununda isə “118”, “98” və “98” rəqəmləri müvafiq olaraq “148”, “123” və “123” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn maliyyə təminatı məsələlərinin həlli üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.
 
 
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə