Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 319 Bakı şəhəri, 22 iyul 2019-cu il

“Avtomobil  yollarının  layihələndirilməsi,  tikintisi,  yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin,  yoxlamanın  və  sınağın   keçirilməsi  Qaydalarının təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 115; 2002, № 11, maddə 675; 2003, № 8, maddə 460; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 130, № 5, maddə 432; 2015, № 5, maddə 652, № 8, maddə 961; 2016, № 9, maddə 1554; 2017, № 8, maddə 1600; 2018, № 5, maddə 1105, № 10, maddə 2146, № 11, maddə 2440; 2019, № 3, maddə 512) ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri  Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

 1. “Avtomobil yollarının layihələndirilməsi” bölməsinin 1.1-ci bəndinin 1 nömrəli cədvəli aşağıdakı redaksiyada verilsin:

 

 

“1 nömrəli cədvəl

 

Avtomobil

yolunun

Hərəkətin hesabi şiddəti

(avt./sutka)

Avtomobil yolları

Funksio-nal təyinatı

dərəcəsi

minik avtomobilinə çevrilmiş

nəqliyyat

vahidinə

 

Magistral

 

Ia

 

14000 – dən çox

 

7000 – dən çox

respublika əhəmiyyətli magistral avtomobil yolları (o cümlədən beynəlxalq əlaqələr üçün)

 

Sürətli

 

Ib

 

14000 – dən çox

 

7000 – dən çox

respublika əhəmiyyətli avtomobil yolları (Ia dərəcəsinə aid edilməmiş)

 

 

 

 

 

Adi yollar

 

Ic

 

14000 – dən çox

 

7000 – dən çox

respublika əhəmiyyətli avtomobil yolları (Ib dərəcəsinə aid edilməmiş)

 

II

 

6000 – dən

14000 – dək

 

3000 – dən

7000 – dək

respublika əhəmiyyətli avtomobil yolları (Iсdərəcəsinə aid edilməmiş)

 

III

 

2000 – dən

6000 – dək

 

1000 – dən

3000 – dək

respublika əhəmiyyətli avtomobil yolları (II dərəcəyə aid edilməmiş), yerli əhəmiyyətli yollar

 

IV

 

200 – dən

2000 – dək

 

100 – dən

1000 – dək

yerli əhəmiyyətli avtomobil yolları (III dərəcəyə aid edilməmiş)

 

V

 

200 – dək

 

100 – dək

yerli əhəmiyyətli avtomobil yolları (IV dərəcəyə aid edilməmiş)

 

 

Qeyd.

1. Ümumi nəqliyyat axınında yüngül minik avtomobillərinin miqdarı 30 %-dən az olduqda,hesabi hərəkət şiddəti nəqliyyat vahidində qəbul edilir.

2. Bu Qaydalarda göstərilən Ia, Ib  və Ic  dərəcəli yollar, I dərəcəli  yollar kimi nəzərdə tutulur.

3. Yolun dərəcəsi onun yol şəbəkəsindəki əhəmiyyətinə, hesabi hərəkət şiddətinə və sifarişçinin tələbinə əsasən qəbul edilir.”.

 

 

2. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

 “1.7. Ümumi istifadədə olan avtomobil yolları aşağıdakı ölçülərə malik nəqliyyat vasitələrinin buraxılması üçün nəzərdə tutulur:

tək avtomobillər, uzunluğu                                                       - 12 metrədək;

birqoşqulu avtomobil qatarları, uzunluğu                                 - 20 metrədək;

ikiqoşqulu avtomobil qatarları, uzunluğu                                  - 24 metrədək;

bütün növ avtomobillərin hündürlüyü - 4 metrədək;

bütün növ avtomobillərin eni                                                    - 2,55 metrədək.”.

3. 4.1-ci bəndin  2 nömrəli cədvəli aşağıdakı redaksiyada verilsin:

 

2 nömrəli cədvəl

 

Yolun

Hesabi sürət (km/saat)

Funksional təyinatı

dərəcəsi

əsas

çətin ərazilərdə

dərə-təpəlik

dağlıq

Magistral

Ia

150

120

80

Sürətli

Ib

120

100

60

 

Adi yollar

Ic

100

100

60

II

120

100

60

III

100

80

50

IV

80

60

40

V

60

40

30

 
  1.  4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. Avtomobil yolları layihələndirilərkən hesabi yük (ikioxlu avtomobillərin ən çox yüklənmiş tək oxuna düşən yük) yol geyiminin hesabatı üçün aşağıdakı kimi qəbul edilməlidir:

əsaslı tip yol geyimləri üçün                                                     - 115 kN (11,5 t);

yüngülləşdirilmiş və keçid tipli yol geyimləri üçün                    -100 kN (10 t);

beynəlxalq daşımaları həyata keçirən ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti üzrə nəzərdə tutulan yollar (marşrutlar) üçün                                - 130 kN (13 t).”.

  1.  4.3-cü bəndin 3 nömrəli cədvəli aşağıdakı redaksiyada verilsin:

 

 

 

 

 

3 nömrəli cədvəl

 

Yolun

Hərəkət

zolaqla-rının sayı (ədəd)

 

Eni (metr)

Funksi-onal təyinatı

dərəcəsi

torpaq

yata-ğının

hərə-kət zolağı-

nın

yol çiyninin bərkidil-miş zolağının

ayırıcı zola-ğın

dayan-ma zolağı-nın

yol çiyni-nin

ayırıcı zolaqda bərkidil-miş zolağın

Magis- tral

I a

 

4; 6; 8

 

28,5; 36;

43,5

3,75

 

0,75

 

-

6

 

2,5

 

3,75

 

1

 

Sürətli

I b

 

4; 6; 8

27,5; 35;

42,5

3,75

 

0,75

 

-

5

 

2,5

 

3,75

 

1

 

 

Adi  yollar

 

 

 

I c

4

25

3,75/ 3,5

0,75/0,5

4

2,5

3,75

1

II

2

15

3,75

0,75

-

2,5

3,75

-

III

2

12

3,5

0,5

-

-

2,5

-

IV

2

10

3

0,5

-

-

2

-

V

1

8

4,5

-

-

-

1,75

-

 

 

Qeyd.

  1.  Cədvəldə verilmiş:

yol çiyninin bərkidilmiş zolağı - yol çiyninin yolun hərəkət hissəsinə bilavasitə bitişik hissəsi;

ayırıcı zolağın bərkidilmiş zolağı - ayırıcı zolağın yolun hərəkət hissəsinə bilavasitə bitişik hissəsi;

dayanma zolağı - yol çiynində yerləşən və nəqliyyat vasitələrinin məcburi dayanması üçün nəzərdə tutulan bərkidilmiş zolaqdır.

2. I dərəcəli yollarda ayırıcı zolağın eni texniki-iqtisadi əsaslandırmalara və qüvvədə olan normativ texniki sənədlərin tələblərinə əsasən müəyyən edillir. Yeni tikilən avtomobil yollarının layihələndirilməsində perspektiv müddət üçün yenidənqurma işlərinin rahatlığının və keyfiyyətinin təmin edilməsi məqsədilə (hərəkət zolaqlarının sayının artırılması üçün) ayırıcı zolaqların eni cədvəldə göstəriləndən 7,5 metr artırıla bilər. Bu halda ayırıcı zolaqların eni aşağıda qeyd olunanlardan az olmayaraq qəbul edilməlidir:

Ia dərəcəli yollar üçün -13,5 metrdən;

Ib dərəcəli yollar üçün -12,5 metrdən;

Ic dərəcəli yollar üçün -11,5 metrdən.

3. Müvafiq texniki-iqtisadi əsaslandırmalar olduqda, ayırıcı zolağın eninin çəpərlənmənin quraşdırılması üçün zolağın eni üstəgəl 2 metr (hər tərəfdən 1 metr olmaqla) eninə qədər azaldılmasına yol verilir.

4. Yolların təmiri zamanı avtomobil nəqliyyatı vasitələrinin və xüsusi təyinatlı maşınların keçə bilməsi üçün yolun hər 5-7 km-dən bir ayırıcı zolaqlarda yarıqlar nəzərdə tutulmalıdır. Yarıqların ölçüsü nəqliyyat axınının tərkibi və avtomobilin geriyə dönməsi nəzərə alınmaqla hesabat əsasında və ya 30 metr uzunluğunda qəbul olunmalıdır. Bu yarıqlar üçün  çıxarılıb quraşdırıla bilən çəpərlənmə qurğuları nəzərdə tutulmalıdır.

5. Dərə-təpəlik ərazilərdə Ic və II dərəcəli yolların layihələndirilməsi zamanı (hesabi sürət 100 km/saatdan artıq olmadığı halda) yolun çiyinlərində bərkidici zolağın eni 0,5 metr qəbul edilə bilər.

6. Texniki-iqtisadi əsaslandırmalarla 100 km/saat hesabi sürət üçün layihələndirilən II dərəcəli yollarda hərəkət zolaqlarının eni 3,5 metr olmaqla, 4 zolaqlı layihələndirilməsinə yol verilir.”.

 

Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə