Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin təmir-tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin təmir-tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 13 lot üzrə keçiriləcəkdir.
Lot -1. Qobustan rayonu, Sündü kənd 360 şagird yerlik tam orta məktəb binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması.
Lot- 2. Ağcabədi rayonu, Xocavənd kənd 180 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması.
Lot -3. Ağdam rayonu, Zəngişalı kənd 640 şagird yerlik tam orta məktəb binasının bərpa-gücləndirmə işlərinin və əsaslı təmiri üçün layihə-smeta sənədlərinin ­hazırlanması.
Lot -4. Ağsu rayonu, Ərəbuşağı kənd 240 şagird yerlik tam orta məktəb binasının bərpa-gücləndirmə işlərinin və əsaslı təmiri üçün layihə-smeta sənədlərinin ­hazırlanması.
Lot -5. Cəlilabad rayonu, Kazımabad kənd 420 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması.
Lot -6. Hacıqabul şəhəri 864 şagird yerlik 5 nömrəli tam orta məktəb binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması.
Lot -7. Lənkəran rayonu, Zövlə kənd 640 şagird yerlik tam orta məktəb binasının bərpa-gücləndirmə işlərinin və əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması.
Lot -8. Sabirabad rayonu, Türkədi kənd 264 şagird yerlik tam orta məktəb binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması.
Lot -9. Samux rayonu, İnstitut qəsəbə 960 şagird yerlik tam orta məktəb binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması.
Lot -10. Şirvan şəhəri 320 şagird yerlik 21 nömrəli tam orta məktəb binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərin hazırlanması.
Lot -11. Siyəzən şəhəri 760 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması.
Lot -12. Yardımlı şəhəri 180 şagird yerlik 4 nömrəli tam orta məktəb binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması.
Lot -13. Yevlax rayonu, Qoyunbinəsi kənd 432 şagird yerlik tam orta məktəb binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması.
Tender iştirakçılarına təklif olunur ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lotlar üçün müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı hər bir lot üçün 150 ­manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
H/h- AZ88IBAZ 38030019441856517211
VÖEN- 1500016711
Bank- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı
Kod- 805603
M/h- AZ03NABZ 01350100000000002944
S.W.İ.F.T: İBAZАZ 2Х
İştirak haqqı heç bir halda geri ­qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün ­aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə ­olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə dair sənədləri 29 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi ilə bank təminatı sənədlərini isə 5 avqust 2019-cu il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 6 avqust 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

Tender komissiyası

25 2019 01:21 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
13 Dekabr 2019 | 00:05
B İ L D İ R İ Ş
13 Dekabr 2019 | 00:04
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə