Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı gimnastlar: "EYOF Bakı 2019"da qızıl medal qazanmağa çalışacağıq

Rusiyalı gimnastlar:

Rusiyalı gimnastlar Viktoriya Listunova və İrina Komnova "EYOF Bakı-2019"da idman gimnastikası üzrə yarışlarda komanda çıxışında qızıl medal qazanmağa ümid etdiklərini bildiriblər.

V.Listunova deyib: "Bakıda ilk dəfədir ki, çıxış edirəm. Milli Gimnastika Arenasına vuruldum, çox rahatdır. Burada bizim üçün hər cür şərait yaradılıb, hazırlaşmaq, adaptasiya olmaq üçün yetərincə vaxt verildi".

Rusiyalı gimnast şəhərdə gəzmək istəyini də dilə gətirib: "Bakıda gəzmək, İçərişəhərdə olmaq istəyirik. Bilirik ki, İçərişəhərdə məşhur "Brilliant əl" filmi çəkilib".

İ.Komnova isə bildirib ki, çıxışları zamanı həyəcanlanıb: "Bu səbəbdən də bəzi səhvlərim oldu. Həyəcanımı dəf etməyə çalışıram, amma hələ alınmır. Məşqlər zamanı proqramımı çox yaxşı yerinə yetirmişdim. EYOF bizim üçün çox vacib mərhələdir, çünki belə bir yarışda  ilk dəfədir iştirak edirik. Bakıdakı arena isə çox gözəldir, idman qurğuları yaxşıdır".

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü davam edir.

İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparır. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edir.

 

“Xalq qəzeti”

24 2019 17:31 - İDMAN
İDMAN
10 Oktyabr 2019 | 00:45
Campaolo istefaya göndərilib
8 Oktyabr 2019 | 23:47
Silvinyo istefaya göndərilib
2 Oktyabr 2019 | 01:23
Fati milliyə çağırılıb
30 Sentyabr 2019 | 23:25
12 oyunluq cəza gözlənilir

Köhnə versiyamızdan xəbərləri izlə