Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

C vitamini, kalsiy, kaliy, fosfor, dəmir və antioksidantlarla zəngin...

C vitamini, kalsiy, kaliy, fosfor, dəmir və antioksidantlarla zəngin...

Almanın qabığını soyarkən biz kversetin adlı antioksidantdan məhrum oluruq. Çünki, C vitamini ilə birgə sərbəst radikalları zərərsizləşdirir. 

Amma son illər meyvələri uzun ömürlü etmək üçün vurulan kimyəvi maddələr və pestisidlər daha çox qabıqda yığıldığı üçün qabığın soyulmasını məsləhət görürlər.

Bəs necə bilməli ki, almanın qabığı yeyilə bilər ya yox? Bunun üçün almanı 2 yerə bölüb, 30 dəqiqə gözləyirsiz. Əgər almalar qaralsa, deməli, onun qabığı da zərərsizdir.

Alma qabıqlarının sağlamlığa 7 faydasını təqdim edək:

1.Bağırsaq şişlərinə qarşı: - Alimlər sübut edib ki, alma qabığı ekstraktı yoğun bağırsaq şiş hüceyrələrinin yayılmasını 53% azaldır. Bir çox onkoloji xəstəliklərə qarşı təsirlidir.

2.İmmuniteti gücləndirir: - C vitamini yoluxucu xəstəliklərə qarşı dözümlü edir.

3.Damarları təmizləyir, qan dövranını yaxşılaşdırır

4.Həzmi yaxşılaşdırır

5.Piyləri əridir, arıqladır – bunun üçün alma özü qabıqlı yeyilir, qabıqlarından çay hazırlanır. 

6.Qandan xolesterini və qaraciyəri toksinlərdən təmizləyir

7.Diabetdə şəkəri salır. Amerikan alimlər sübut edib ki, 2 dənə qabıqlı alma yemək diabetdə vacibdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2019 15:22 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə