Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ritis Simonaviçyus: Milli Gimnastika Arenasının zalı çox yaxşıdır

Ritis Simonaviçyus: Milli Gimnastika Arenasının zalı çox yaxşıdır

Azərbaycanda keçirilən gimnastika yarışlarında iştirak etmək həmişə xoşdur.

Bunu Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastika yarışlarında iştirak edən Litva nümayəndəsi Ritis Simonaviçyus  deyib: "Bu, Azərbaycanın paytaxtına ikinci səfərimdir, əvvəllər 2015-ci ildə Birinci Avropa Oyunlarında burada olmuşam. Bakıda yenidən olmaq, yarışlarda iştirak etmək, insanlarla ünsiyyət qurmaq və lazım olduqda onlardan dəstək və kömək almaq xoşdur".

Simonaviçyusun sözlərinə görə, Bakıdakı Milli Gimnastika Arenasının zalı ona böyük təəssürat bağışlayıb: "Çox gözəl zal, avadanlıq - bunlar təsirlidir. Görünür ki, Azərbaycanda idmanı sevirlər".

Gimnastika yarışında iştirak edənlərin səviyyəsindən danışan Simonaviçyus Rusiya və Ukrayna komandasının fərqlənmədiyini vurğulayıb. "Gimnastika üzrə Azərbaycan millisi yaxşı görünür - döyüş ruhu hiss olunur. Arenanın zalı, azarkeş dəstəyi ən yaxşı başlanğıc kökləyir", - deyə Litva nümayəndəsi əlavə edib.

24 2019 15:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
12 Oktyabr 2019 | 15:56
Həftəsonu neftin qiyməti
12 Oktyabr 2019 | 15:54
Yaponiyada kütləvi evakuasiya
12 Oktyabr 2019 | 15:51
Qırmızı yağış

Köhnə versiyamızdan xəbərləri izlə