Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mark Esper Pentaqonun rəhbəri oldu

Mark Esper Pentaqonun rəhbəri oldu

ABŞ Konqresinin Senatı prezident Donald Tramp tərəfindən iyulyn 15-də müdafiə naziri postuna təklif edilən Mark Esperin namizədliyini təsdiqləyib.

Onun namizədliyini 90 senator dəstəkləyib, 8 nəfər əleyhinə səs verib.

Esper ABŞ Hərbi Akademiyasını (1986), Harvard Universiteti nəzdində Con Kennedi adına İdarəçilik Məktəbini (1995) və Corc Vaşinqton Universitetini (2005) bitirib. 101-ci hava-desant diviziyasında zabit kimi xidmət edib, Fars körfəzində müharibənin iştirakçısı olub. Heritage Foundation konservativ-analitik mərkəzinin aparat rəhbəri, beynəlxalq münasibətlər və hökumət işləri üzrə Senat komitələrinin əməkdaşı, senator Çak Heygelin köməkçisi olmuşdur.  

2008-2010-cu illərdə Ester ABŞ Ticarət Palatasında, Raytheon hərbi-sənaye kompleksində vitse-prezident vəzifələrində çalışıb. 2017-ci il iyulun 19-da Donald Tramp Mark Esperin namizədliyini ordu naziri vəzifəsinə irəli sürmüşdür. Noyabrın 15-də Senat onun namizədliyini təsdiq etmişdir. 

Patrik Şanahanın istefasından sonra Mark Ester ABŞ Müdafiə Naziri vəzifəsini müvəqqəti icra edən təyin olunmuşdu. Senat iyulun 23-də onu bu vəzifəyə təsdiq etmişdir.

 

“Xalq qəzeti”

24 2019 14:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə