Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əvvəlki yay ayları ilə müqayisədə bu yay küləkli günlərin sayı çoxalıb

Əvvəlki yay ayları ilə müqayisədə bu yay küləkli günlərin sayı çoxalıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, bu yay küləyin sürəti və intensivliyi daha çox müşahidə edilir.

Məhərrəm Həsənov qeyd edib ki, hazırda müşahidə edilən temperatur iqlim normasından 1-2 dərəcə çoxdur: “İstilik baxımından hazırkı temperatur iyul üçün xarakterikdir. Amma belə güclü küləyin əsməsi noyabr-dekabr ayları üçün səciyyəvidir. Adətən, noyabr-dekabr aylarında temperaturun aşağı düşməsi şərti ilə belə güclü şimal küləyi əsir”.

M.Həsənov güclü küləyin daha çox Bakıda və Abşeron yarımadasında əsdiyini, lakin rayonlarda da hava şəraitinin sərin olduğunu vurğulayıb.

İnstitut direktorunun müavini əlavə edib ki, ümumilikdə əvvəlki yay ayları ilə müqayisədə bu yay küləyin sürətinin və intensivliyinin daha çox olması müşahidə edilir.

Qeyd edək ki, iyulun 22-dən Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Külək Binəqədidə 2 ağacı kökündən çıxarıb.

 

“Xalq qəzeti”

24 2019 14:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 12:52
“Qara qutu” tapıldı

Köhnə versiyamızdan xəbərləri izlə