Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyanı müzakirə edib

ABŞ prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan senat üzvləri ilə Rusiyadan S-400 raket sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə edib.

Sanksiyalarla bağlı Ağ Evin yaydığı məlumatda  deyilir: “Bu görüş Rusiyadan raket kompleksləri alınmasına görə Türkiyəyə qarşı mümkün sanksiya tətbiqinə həsr olunub”.

Qeyd edək ki, dörd divizion S-400 komplekslərinin alınmasına dair 2,5 milyon dollarlıq  müqavilə 2017-ci ildə bağlanməşdır. Məbləğin bir hissəsini Türkiyə ödəmiş, qalan hissə Rusiyanın krediti hesabına ödənmişdir.

S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb. Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-ın sanksiya tətbiq edəcəyi halda Türkiyə də cavab tədbirləri görəcək, hətta ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsində olan “İncirlik” hərbi bazası da gündəmə gələ bilər.

 

“Xalq qəzeti” 

24 2019 11:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə